Canlı
Tovuzda maşın hərəkətsiz avtomobilə çırpılıb, iki nəfər xəsarət alıb

2018-03-13 / 08:49

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib. İbrahimhacılı kəndində “VAZ 21012” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2107” yaxınlıqdakı mağazaya dəyib. Nəticədə rayonun Köhnəqala kənd sakinləri, 28 yaşlı Ayaz İdrisli və 27 yaşlı Nurlan Hümbətov xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Vəfa Şairova