Canlı
Tovuzda maşın aşıb, ər və arvad xəsarət alıb

Tovuz rayonunda yol qəzası qeydə alınıb. Əlimərdanlı kəndinə gedən yolda minik avtomobili aşıb. Qəza zamanı 52 yaşlı Şəhadət İsmayılov və həyat yoldaşı 45 yaşlı Gülbəniz İsmayılova müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova