Tovuzda mağaza qarət edilib, oğru obyekt sahibinin qohumu çıxıb

2019-05-14/ 14:03

Tovuzda mağazadan 350 manat nağd pulu oğurlayan rayon sakini, obyekt sahibinin qohumu Ayaz Qasımov saxlanılıb. O, ilkin dindirmə zamanı ağır dərəcəli sərxoş olduğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəfa Şairova