Canlı
Tovuzda mübahisə edənlərdən biri döyülüb, digəri bıçaqlanıb

2018-09-13 / 12:06

Tovuzda bıçaqlanma olub. Alakol kənd sakini 42 yaşlı Azər Məmmədov Şəmkir sakini Elşən Ələsgərovla mübahisə edib. Bu zaman Ələsgərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Sonra o, evdən bıçaq götürərək Azər Məmmədovun yanına qayıdıb və onu bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan Azər Məmmədovun vəziyyəti ağır, Elşən Ələsgərovun vəziyyəti isə orta-ağırdır.

Vəfa Şairova