Tovuzda körpənin həkim səhlənkarlığı səbəbindən xəstələnməsi məsələsi araşdırılır
Tovuzda yenidoğulan körpənin səhhətində həkim səhlənkarlığı səbəbindən problemlərin yaranması məsələsi araşdırılır. TƏBİB-dən bildirilib ki Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn körpənin fizioloji sarılığı olub, zəif qidalanması müşahidə edilib. Müalicə aparılıb, qidalanması bərpa olub, evə buraxılıb. Ailəsi tərəfindən körpənin səhhətində narahatlıq müşahidə edildiyi üçün tibb müəssisələrinə müraciət edilib. Elmi-Tədqiqat Pediatriya İnstitutunun Cərrahiyyə şöbəsinə yerləşdirilən körpəyə sağ bazu sümük iltihabı diaqnozu qoyulub. Lazımi müayinə və müalicələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.