Tovuzda kütləvi dava olub
2020-05-28 16:05
Tovuzun Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Röyal Əhmədov kütləvi dava zamanı döyülüb. Yeməkxana işçisi olan daha bir şəxs - Ehtiram İsmayılov da müxtəlif bədən xəsarətləri alıb.Hadisəyə yanacaqdoldurma məntəqəsinin ərazisində və ətrafında "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən bir qrup şəxslə Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava olub. İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb.
Nərgiz Camal