Tovuzda itlər qoyun sürüsünə hücum edib
2021-03-08 16:07
Tovuzun Yuxarı Mülkülü kəndində yerli sakin Fərzalı Süleymanov otlaq sahəsində heyvan otararkən xirdabuynuzlular qəfildən sahibsiz itlərin hücumuna məruz qalıb. Nəticədə 4 qoyun tələf olub, digərləri yaralanıb. Rayon Baytarlıq İdarəsinin əməkdaşları yaralı heyvanları müayinəyə götürüblər. Sakinlər bildirirlər ki, heyvanlar kənd ərazisində tez-tez sahibsiz itlərin hücumuna məruz qalır.
Vüsalə Camal