Tovuzda həmyerlisini bıçaqlayan şəxs tutulub
2020-04-28 14:05
Əvvəlki buraxılışımızda Tovuzun Düz Qırıxlı kəndində 43 yaşlı Azər Rzayevin bıçaqlanması xəbərini verdik. Araşdırmalar nəticəsində hadisəni kənd sakini, 42 yaşlı Ayaz Məmmədov tərəfindən törədilməsi müəyyən edilib. O saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Nərgiz Camal