Tovuzda gilas bol, qiyməti bahadır
2020-06-01 18:08
Tovuzun gilas bağlarında məhsul yığımı aparılır. Əvvəlcə daha tez yetişən lori sortu ağaclardan toplanır. Ötən mövsüm hektara 10 ton məhsul yığılmışdısa, cari il ağaclar ikiqat - 20 tona yaxın gilas gətirib. Daha çox yuerli bazara çıxarılan məhsulun kiloqramı 8 manatdan alınır. Rayon üzrə 2100 ha gilas bağı var.
Vüsalə Camal