Tovuzda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Tovuzun Əyyublu kəndində yanğın olub. Ümumi sahəsi 260 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası, digər iki otağın tavanı və dam örtüyünün taxta atmaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğın FHN-nin qüvvələri tərəfindən söndürülüb.
Azad Mustafayev