Tovuzda bibisinin evindən oğurluq edən şəxs tutulub
2020-02-07 12:06
Tovuzun Xatınlı kəndində bir qadının evindən 11 000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, qadının qardaşı oğlu Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova