Tovuzda baş verən qəzada 2 nəfər xəsarət alıb
2020-04-15 10:05
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əlimərdanlı kəndinin yaxınlığında qeydə alınıb. "VAZ 2107" idarəetmədən çıxıb və betona çırpılıb. Qəza zamanı xəsarət alan sürücü və sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev