Tovuzda avtomobil aşdı, ölən və yaralananlar var
2020-04-30 10:08
Tovuzun Xatınlı kəndində "VAZ-21099" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 21 yaşlı Toğrul Quliyev ölüb. 37 yaşlı Azər Yusifov və 21 yaşlı İdris Alıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fərid Mehdiyev