Tovuzda avtomobil ağaca çırpılıb, ata-oğul yaralanıblar
Tovuzda minik maşını yoldan çıxaraq səkiyə, daha sonra isə Olimpiya İdman Kompleksinin həyətindəki ağaca çırpılıb. Qəza zamanı 53 yaşlı Etibar Mehdiyev və onun oğlu - 24 yaşlı Sərdar Mehdizadə xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev