Tovuzda 61 yaşlı qadının meyiti tapılıb
Tovuzun Hacallı kəndində qadın meyiti aşkarlanıb. Rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşlarının ilkin araşdırmaları zamanı məlum olub ki, meyiti tapılan şəxs Hacallı kənd sakini, 1962-ci il təvəllüdlü Valiya Hüseynovadır. Faktla bağlı araşdırmalar aparılır. Meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb.
Vüsalə Cənnətova