Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub
2020-01-24 14:05
Bakı-Qazax-Gürcüstan yolunun Tovuzun Əyyublu kəndindən keçən hissəsində yeni tikilən Gəncə-Gurcüstan yol tikintisində çalışan rayon sakinləri - 44 yaşlı Suliddin Abdullayev, Nihad Xudayi və 40 yaşlı Ayət Abduləzizov tikinti işləriylə məşgul olan zaman onları elektrik cərəyanı vurub. Yaralılar ağır vəziyyətdə Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Daha sonra Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə göndəriliblər.
Ruhəngiz Hacızadə