Tovuzda 3, Kəlbəcərdə isə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzaları olub
Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Minik avtomobilinin traktorla toqquşması nəticəsində Şəmkir və Tovuz rayon sakinləri sakinləri xəsarət alıblar.
Kəlbəcərin Nadirxanlı kəndində isə “VAZ-2106” ilə “QAZel”in toqquşması 2 nəfərin xəsarət almasına səbəb olub. Hər 2 halda yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılır.
Fərid Mehdiyev