Tovuz və Qaxda 4 tondan çox çətənə kolu məhv edilib
2020-06-11 14:07
Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib. Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əlibəyli kəndi ərazisində yabanı halda bitən çəkisi 2,8 ton olan 7 850 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən isə Tovuz rayonunun Düzqırıqlı kəndi ərazisində yabanı halda bitən çəkisi 1,3 ton olan 2 628 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Nərgiz Camal