Tovuz və Ağstafada maşınlar toqquşub . Xəsarət alanlar var
Tovuzda ZİL" markalı su maşını ilə minik maşını toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb.** Ağstafanın Dağ Kəsəmən kəndində də iki avtomobilin toqquşması zamanı 2 nəfər xəsarət alıb. Hər iki qəzada xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. **Göygölün Üçtəpə kəndində isə 76 yaşlı Mail Məmmədov idarəetməni itirməsi nəticəsində avtomobili yoldan çıxararaq su kanalına aşırıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşirilib ilkin müayinədən sonra evə buraxılıb.