Tovuz sakinini keçmiş məhkum bıçaqlayıb
2020-02-07 16:05
Tovuzda rayon sakini, 51 yaşlı Vidadi Dilənov mübahisə zəminində bir neçə bıçaq yarası alıb və xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs rayon ərazisində "Con" ləqəbi ilə tanınan keçmiş məhkum Tariyel Tağıyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal