Tovuz sakini Novxanıda həyətinə girən şəxsi öldürərək basdırıb
2021-09-30 14:04
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz sakini R.Əlixanovun həyətə girən 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub. Keçirilən tədbirlər nəticəsində meyit ekshumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Əlixanov şübhəli şəxs qismində saxlanılıb.
Nərgiz camal