Tovuz rayonunda 3 bal gücündə zəlzələ qeydə alınıb
2021-03-23 14:06
Bu gün saat 7:8-də Qazax stansiyasından 41 km şimal-şərqdə Tovuz rayonunda 3 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar nəticəsində hər hansı bir dağıntı qeydə alınmayıb.
Fərid Mehdiyev