Tovuz rayonu istiqamətindəki mövqelərimiz atəşə tutulub
2021-11-18 12:12
Tovuz rayonu istiqamətindəki mövqelərimiz atəşə tutulub Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Vüsalə camal