Tovuz, Gəncə və Göyçayda xarici dil müəllimləri ilə görüş keçirilib
Dövlət İmtahan Mərkəzi xarici dil müəllimləri üçün Tovuz, Gəncə və Göyçayda maarifləndirici görüşlər keçirib.Tədbirlərdə yeni xarici dil imtahan modeli, qiymətləndirmə meyarları və yazı tapşırıqları ilə bağlı yeniliklər müəllimlərin diqqətinə çatdırılıb.2027-ci ildən etibarən şagirdlərdən xarici dil imtahanında minimum 100 sözdən ibarət qısa mətn yazmaları tələb olunacaq. Məqsəd onların yazılı ifadə və ünsiyyət bacarıqlarını daha obyektiv qiymətləndirməkdir.Görüşlərdə, həmçinin müxtəlif regionların 9 və 11-ci sinif şagirdlərinin xarici dil üzrə buraxılış imtahanlarının nəticələri təqdim olunub, yeni imtahan modeli ilə bağlı metodiki tövsiyələr verilib və müəllimlərin sualları cavablandırılıb.
01 iyul 2026

