"Torpaqlarımızın azad olunması Azərbaycan qadınlarının tərbiyə etdiyi oğulların sayəsində mümkün olub"
Torpaqlarımızın azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olub. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının qadın hüquqlarının inkişaf etdirilməsi mövzusunda konfransının iştirakçılarına müraciətində belə deyilir. Dövlət başçısı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifinin irəli sürüldüyünə diqqət çəkib: “Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik. Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir”, - dövlət başçısı bildirib.
Nərgiz Camalzadə