Tokio Olimpiya oyunlarına 4,4 milyon, Paralimpiya oyunlarına isə 97 min bilet satılıb
2020-10-24 12:07
Tokio Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi, keçirilməsi 2021-ci ilə qədər təxirə salınmış yarışlar üçün alınan biletlərin dəyərinin geri qaytarılması prosesinə noyabr ayında başlamaq niyyətindədir. Olimpiya oyunları üçün biletlərin geri ödəmələri noyabrın 10-da başlayacaq, Paralimpiyaya aid bilet prosesi isə dekabra planlaşdırılır. Bildirilir ki, Tokio Olimpiya oyunlarına 4,4 milyon, Paralimpiya oyunlarına isə 97 min bilet satılıb. Eyni zamanda biletlərin etibarlılığı 2021-ə qədər uzadılıb.
Nərgiz Camal