Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq
2020-03-24 10:07
Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq. Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Poundun açıqlamasına görə, Yaponiyada keçirilməsi nəzərdə tutulan Olimpiyada gələn il keçiriləcək: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm". Tokio Olimpiadası 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.
Fərid Mehdiyev