TikTok-da avtomobil satışı adı ilə dələduzluq edən şəxs saxlanılıb
Bir neçə vətəndaş kreditlə avtomobil satışı barədə TikTok-da yayımlanan elanlara inanaraq beh göndərib. Lakin ödənişdən sonra elan sahibləri tərəfindən bloklandıqlarını bildirərək polisə müraciət ediblər. Keçirilən tədbirlərlə dələduzluqda şübhəli bilinən Elvin Məhərrəmov saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
23 noyabr 2026

