Tikiş sexi və anbarda yanğın olub
Binəqədi rayonunda tikiş sexi və anbar kimi fəaliyyət göstərən tikilidə 1 ədəd dəzgah və 10 top parça yanıb. Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 m² sahədə əriyib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
Nərgiz Camalzadə