Tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqlənib
TƏBİB tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin və sığorta olunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqlənib. Qurumdan verilən məlumata görə, Tibbi xidmətlərlə bağlı vahid tarif siyahıları ödənişli əsaslarla göstərilən tibbi xidmətlər üzrə hesabatlılığı və şəffaflığı təmin edəcək.