Tibb işçilərinin sertifikasiya imtahanları ləğv olunub
2020-04-29 16:05
Səhiyyə Nazirliyi tibb işçiləri üçün mayda nəzərdə tutulan sertifikasiya imtahanlarının ləğvi barədə məlumat verib. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin mayın 4-nə qədər uzadıldığı əsas gətirilərək həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanlarının ləğv olunduğu qeyd olunub. Yeni imtahan cədvəli hazırlandıqdan sonra, imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək.
Vüsalə Camal