Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib

2020-03-26 10:00

Nazirlər Kabineti yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə maaşının 4 misli məbləğində; pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzifə maaşının 5 misli məbləğində əlavə müəyyən edilib. Əlavə 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik