Tibb işçilərinə əlavə maaşların verilmə müddəti uzadılıb
2020-08-17 18:05
Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtı oktyabrın 1-dək uzadılıb. Baş nazir Əli Əsədov imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin cari ilin 25 mart tarixli 112 nömrəli Qərarının 2-ci hissəsində “iyulun 1-dək” sözləri “oktyabrın 1-dək” sözləri ilə əvəz edilib.
Fərid Mehdiyev