Teymur Rəcəbov "Skillinq Open"də içərisində erməninin də olduğu 5 rəqiblə qarşılaşacaq
2020-11-23 12:07
Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Skillinq Open" turnirində bu gün növbəti görüşlərini keçirəcək. 33 yaşlı qrossmeyster Alireza Firuzca, Levon Aronyan, Yan-Kriştof Duda, Dinq Liren və Aniş Giri ilə üz-üzə gələcək. Onlayn turnir “Champions Chess Tour” çərçivəsində təşkil edilir. Rəcəbov ilk yarış günündə 1,5 xal toplaya bilib və hazırda 14-15-ci yerləri bölüşdürür.
Vəfa Şairova