Teymur Rəcəbov "Euro Rapid"də yarımfinal mübarizəsinə başlayır
2020-02-11 10:09
Şahmatçımız Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində yarımfinala yüksəlib. 34 yaşlı qrossmeyster üçüncü mərhələnin 1/4 finalında Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib. Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb. Yarımfinal qarşılaşmaları bu gün və sabah olacaq. Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq.
Nərgiz camal