Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizə aparacaq
2020-02-13 10:10
“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinin ikinci matçları keçirilib. Şahmatçımız Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Fevralın 11-də keçirilən ilk matçda uduzan qrossmeysterimiz ikinci oyunda revanş almaq üçün mübarizə aparsa da, istəyini reallaşdıra bilməyib. Yekunda 2:1 hesabı ilə məğlub olan Rəcəbov finala çıxmaq şansını əldən verib. 3-cü yer uğrunda yarışacaq təmsilçimizin rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.
Nərgiz camal