Texniki nasaz avtomobillər yollardan uzaqlaşdırılır
Azərbaycanda bu günədək 30 mindən çox nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib.Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, köhnə və texniki cəhətdən yararsız avtomobillərin dövriyyədən çıxarılması yol hərəkəti təhlükəsizliyinin artırılmasına və ətraf mühitə atılan zərərli tullantıların azalmasına xidmət edir.Köhnə nəqliyyat vasitələrinin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin artırılmasına, texniki nasaz nəqliyyat vasitələrinin yollardan uzaqlaşdırılmasına,afmosferə atılan zərərli qaz və tullantıların azaldılmasına, ətraf mühitin qorunmasına, avtomobil parkının yenilənməsinə kömək edir.
19 iyun 2026

