Texasda düşmənin Bərdə və Gəncə terroruna etiraz edilib
2020-10-29 12:05
ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə meriya binası qarşısında icazəli aksiya keçirib. Ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, dünya ictimaiyyəti Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səslənıb. "Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!” kimi şuarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.
Nərgiz Camal