Terror aktları nəticəsində həlak olan mülki vətəndaşlar anılıb
2020-10-30 12:05
Qırğızıstanın Bişkek şəhərində Ermənistan ordusunun Bərdə və Gəncə şəhərlərində törətdikləri terror aktları nəticəsində həlak olan mülki vətəndaşlar anılıb. Azərbaycanın ədalətli mübarizəsinə dəstək ifadə edilib, ermənilərin törətdikləri qanlı cinayətlər, terror aktları şiddətlə qınanılıb. Terror aktlarının ağır nəticələrinə dair fotolar nümayiş etdirilib, şamlar yandırılıb, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.
Nərgiz Camal