Terrorçu silahlı birləşmənin üzvü olan daha 13 erməninin məhkəməsi başlayır
2021-06-22 10:05
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan daha 13 erməninin məhkəməsinin hazırlıq iclası başlayır. Ermənistan vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Hadrut yaxınlığında meşəlik və digər ərazilərdə döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində terror əməlləri törədiblər.
Fərid Mehdiyev