Ten Haq gedir, Zidan gəlir
Son 61 ilin ən pis mövsümünü keçirən "Mançester Yunayted" baş məşqçisi Erik Ten Haqla yollarını ayırmağı planlaşdırır. "The Times" nəşrinin xəbərinə görə, klub rəhbərliyi niderlandlı mütəxəssisi Zinəddin Zidanla əvəzləmək istəyir. Hazırda "Mançester Yunayted" Premyer Liqada 10 oyundan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb. Komanda İngiltərə Liqa kubokunda mübarizəni dayandırıb.
Emin İsazadə