Telefon mağazalarından oğurluq edən şəxslər saxlanılıblar
Şirvanda iki gün əvvəl mobil telefon satışı mağazalarının birindən 11 ədəd mobil telefon, 2 ədəd smart saat, planşet, eləcə də müxtəlif sayla telefon aksessuarları oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Bakı sakinləri Elbrus Zeynalov və Altay Xeyirxəbərov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın əvvəlində də şəhərdə analoji oğurluq hadisəsini törədərək, mağazaların birindən 15 ədəd mobil telefon və planşet oğurlamaqla zərərçəkmişə 5030 manat maddi ziyan vurublar.