"TEKNOFEST" Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçiriləcək
2021-02-07 12:00
Mayın 26-29-da Azərbaycanda ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Bunu keçirdiyi mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Tədbirdə iştirak edəcək “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin rəhbəri Selçuk Bayraktar, gəncləri gələcəyin güclü Azərbaycanına öz töhfələrini verməyə dəvət etdiyini deyib.
Nərgiz camal