Tehranda Xamenei ilə vida mərasimi başlayıb
İranın sabiq Ali Rəhbəri Əli Xamenei ilə Tehranda vida mərasimi başlayıb. Bu barədə "Mehr" agentliyi məlumat yayıb. İran İslam Respublikasının bir neçə şəhərində böyük vida mərasimi keçiriləcək. Mərasim 9 iyula qədər davam edəcək. Xamenei Məşhəddə dəfn olunacaq. Anım tədbirində təxminən 100 ölkədən nümayəndənin iştirakı gözlənilir.Azərbaycandan da mərsimdə rəsmi nümayəndə heyəti iştirak edəcək.
03 iyul 2026

