Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib
İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İrana qarşı dəniz blokadasının yumşaldılması barədə razılığa gəliblər.Razılaşma çərçivəsində boğazın mərhələli şəkildə açılması və blokadada olan gəmilər məsələsinin həlli müzakirə olunur.Mənbələrə görə, proses vasitəçilər vasitəsilə aparılır və İran ilə ABŞ arasında birbaşa görüş yoxdur. ABŞ Prezidenti Donald Trampın da gərginliyin azaldılması təklifinə İranın tez cavab verməsi istənilib. İranın cavabının yaxın saatlarda Pakistan vasitəçilərinə çatdırılması gözlənilir.
07 may 2026

