İran parlamenti ölkənin Nüvə silahının yayılmaması haqqında müqavilədən çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Parlament sədrinin müavini Əli Nikzad İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dayandırdığını da bildirib.Xarici işlər naziri Abbas Əraqçi isə Qətərli vasitəçilərlə ABŞ-la danışıqlarda Tehranın şərtlərinin həyata keçirilməsi yollarının müzakirə edildiyini deyib. ABŞ Prezidenti Donald Tramp da Tehranla vasitəçilər üzərindən yeni təmasların qurulduğunu təsdiqləyib, lakin İrana sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin açılması təklif edildiyi barədə xəbəri təkzib edib.İranlı kontr-admiral Həbibullah Səyyari isə ABŞ gəmilərini vurmaq imkanlarının olduğunu və Amerika gəmilərinin İran raketləri səbəbindən Cənubi Hind okeanına çəkildiyini iddia edib.
29 sentyabr 2026

