Tedros Adhanom Qebreyesus koronavirusa yoluxan şəxslə təmasdan sonra özünü təcrid edib
2020-11-02 11:10
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa yoluxan şəxslə təmasdan sonra özünü təcrid edib. ÜST-nin baş direktoru "Twitter" səhifəsində "Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma ÜST protokollarına uyğun olaraq evdən işləyəcəyəm", - deyə bildirib. Pandemiyanın başlanmasından bugünədək dünyada koronavirusa 46 milyondan çox insan yoluxub, 1,19 milyondan çox insan COVID-19-dan ölüb.
Vəfa Şairova