TDT-nin rəsmi saytı bütün üzv ölkələrin ana dillərində istifadəyə verilib
"Türk Dövlətləri Təşkilatı rəsmi veb-saytının artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verildiyini məmnuniyyətlə elan edir! TDT xəbərlərini, təşəbbüslərini və resurslarını öz dilinizdə kəşf edin". Bu barədə Türk Dövlətləri Təşkilatının yaydığı bəyanatda qeyd olunub.

