TDT Baş katibi: Bugünkü konfrans yüz il əvvəl Bakıda keçirilən tarixi qurultayın davamıdır
Bugünkü konfrans yüz il əvvəl Bakıda keçirilən tarixi qurultayın davamıdır.Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində deyib. Bugünkü konfransın əsası ötən il Qəbələ sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qoyulub.Baş katib hazırda türk dövlətləri arasında yüksək əməkdaşlıq və birliyin mövcud olduğunu da söyləyib.
29 iyun 2026

