Tbilisidə Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi yad edilir
2020-10-19 15:09
Tbilisidə Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi yad edilir. Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında xüsusi lövhə quraşdırılıb. Gəncə terroru barədə məlumatların təqdim olunduğu elektron lövhədə vandalizm aktını əks etdirən videogörüntülər və fotoşəkillər nümayiş etdirilir. Şəhər sakinləri lövhə önünə gül dəstələri, uşaq oyuncaqları düzürlər, günahsız qurbanların xatirəsini şam yandıraraq sükutla anırlar.
Nərgiz Camal